• $
  • €
  • ₽
  • ₺
  • £

Bayden Putini ittiham etdi - Kreml cavab verdi

Bayden Putini ittiham etdi - Kreml cavab verdi
03.11.2021 17:15
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı Co Baydenin yanan tundra meşələri ilə bağlı sözlərinə münasibət bildirib.

Anews.az xarici KİV-ə istinadla xəbər verir ki, Baydenin COP26 sammitində söylədiyi nitqindən danışan Peskov Rusiyanın  məsələ ilə razılaşmadığını bildirib.

Dmitri Peskov digər ölkələrdə baş verən meşə yanğınlarını xatırladıb:

"Tundra həqiqətən yanır, lakin unutmayaq ki, Kaliforniyada, Türkiyədə və dünyanın digər ölkələrində meşələr yanır. Bunlar məhz iqlim dəyişikliyinin nəticələridir".

ABŞ prezidenti Bayden Qlazqo iqlim sammitində Çin prezidenti Si Cinpini və Rusiya Prezidenti Vladimir Putini COP26 sammitində iştirak etmədiklərinə görə tənqid edib. Onun sözlərinə görə, Çin də Rusiya kimi dünya liderliyinə iddialı olsa da, hər iki ölkə sammitdə görünməyib. Bayden həmçinin Rusiyanın iqlimlə bağlı çox ciddi problemləri olduğunu bildirib:

"Rusiyanın tundrası sözün əsl mənasında yanır. Lakin o, hər hansı bir iş görmək istəmir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol