Kəmaləddin Heydərov və qardaşı da yola salınır?

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsindən ayrılıb. Onu bu postda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev əvəz edib. R.Abdullayev SOCAR rəhbərliyi ilə yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti olaraq fəaliyyətini davam etdirir.
Yaxın günlərdə digər idman federasiyalarının rəhbərləri yola salınacaq. Bu sırada müxtəlif şəxslərin adı çəkilsə də, ən yaxın dövrdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı qərarın veriləcəyi gözlənilir.
K. Heydərov iki idman federasiyasının – Azərbaycan Boks və Azərbaycan Taekvondo federasiyalarının prezidentidir. Onun hələlik Boks Federasiyasının prezidenti olaraq fəaliyyətini davam etdirəcəyi söylənilsə də, Taekvondo Federasiyasının rəhbərliyindən gedəcəyi qərarı qətiləşib. Buna səbəb isə yeni Gənclər və İdman naziri Fərid Qayıbovun bu sahədə islahatlar aparmaqda israrlı olması göstərilir. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının növbədənkənar konfransının çağırılacağı söylənilir.
Onun yerinə kimin təyin olunacağı barədə isə dəqiq məlumat yoxdur. Ehtimallara görə, Fövqəladə Hallar nazirini Azərbaycan Taekvondo Federasiyasının prezidenti postunda gənc nazir həmkarlarından biri əvəz edəcək. Artıq federasiyada növbədənkənar konfrans hazırlıqlarına başlandığı da söylənilənlər arasındadır. K.Heydərovla yanaşı, Füzuli Musayev istisna olmaqla federasiyanın digər vitse-prezidentlərinin də yola salınacağı bildirilir. Mənbəmizin sözlərinə görə, K.Heydərovun biznesmen qardaşı Səməd Heydərov da öz postunu təhvil verməli olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























