"Sərhədlər müəyyyənləşdikdən sonra Ermənistanla münasibətlər normallaşacaq"-NAZİR

Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlar açıb. Beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində "Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
"Azərbaycan müharibədə qalib gələn ölkə olaraq, müharibə başa çatandan sonra öz xoş niyyətini göstərərək, birtərəfli müsbət addımlar atıb.
Humanitar yüklərin Azərbaycan ərazisinə daxil olması, 2020-ci ilin qış aylarında Ermənistana Azərbaycan qaz nəqliyyat sistemi vasitəsilə Rusiyadan qazın verilməsi, avtomobil yolunun Ermənistan tərəfindən istifadə edilməsi Azərbaycan tərəfindən atılan müsbət addımlardır.Bütün bu addımlar münaqişənin keçmişdə qalmasının, Azərbaycanın gələcəyə baxışının nümunəsidir. Bu gün forumda Prezident İlham Əliyevin dediyi kimi, biz hələ bunun qarşılığını görmürük, ancaq düşünürük ki, Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə Ermənistanın özü üçün daha yaxşı seçim ola bilər",-deyə nazir əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib