• $
  • €
  • ₽
  • ₺
  • £

Kişi müəllimlərin azlığı genofonda təhlükədir - AÇIQLAMA

Kişi müəllimlərin azlığı genofonda təhlükədir - AÇIQLAMA
04.11.2021 19:30
2021-ci il  sentyabrın 1-ə olan statistikaya görə, Azərbaycanda 143.216 müəllimdən 22.559 nəfəri kişi, 120.657- i isə qadın müəllimlərinin payına düşür. Bakıda kişi müəllimlərin sayı 2597, qadın müəllimlərin sayı isə 30323 nəfərdir. Regionlarda isə kişi müəllimlərin sayı 19962, qadınların sayı isə 90334  nəfərə çatır. 
 
Gədəbəy məktəblərinin birində dərs deyən, 45 illik müəllim təcrübəsinə malik Novruz Əliyev deyir ki, məktəbdə kişi müəllimlərin yeri hər zaman görünüb:
 
"Biz işlədiyimiz dövrdə maaşımız köhnə pulla 2-3 min (denominasiyaya qədər, Anews), bəzən də ən çoxu 5 min manat olub. Kişi bununla ailə dolandırmalı idi. Bu maaşla yaşamaq çox çətin idi. Bu səbəbdən rayonlarda dərs deyən müəllimlərin diqqəti həm də təsərrüfat işlərində qalırdı. Əslində isə belə olmalı deyil. Müəllimin dərsdən başqa qayğısı olmamalıdır.  Mən ibtidai siniflərə dərs demişəm. Dərs yüküm 8-12 saat olurdu. Sadəcə, əlavə musiqi savadım var idi deyə yuxarı siniflərə də dərs deyirdim. 2018-ci ildə 65 yaşa çatdığımdan 3 il müqavilə ilə işləmək şansımdan yararlandım. İmkanım olsa yenə məktəbə qayıdıb dərs deyərəm. Müəllimlik ən şərəfli işdir. Bu sənəti sevmək lazımdır. Müəllimim həmişə deyərdi ki, qadın müəllimlərdən dərs alan uşaqların xasiyyətlərində problemlər olur. Ona görə mən də düşünürəm məktəblərə kişi müəllimlər cəlb olunmalıdır. Bunun üçün isə maaşlar yaxşı olmalıdır", - deyə Novruz Əliyev bildirib.
 

 
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, statistikada göstərilən 22 min müəllimin  əksəriyyəti 45 yaş üzərində olan müəllimlərdir. Gənclər müəllimlik sənətinə meylli deyil. Səbəb isə maaşların aşağı olmasıdır:
 
"Bu gün məktəblərdə dərs deyən kişi müəllimlərin çoxu repititorluq ilə məşğul olan müəllimlərdir. Məktəbdə dərs deməklə özünə əlavə hazırlaşdırmağa şagird qazanır. Müəllimlərin maaşı çox aşağıdır. Təsəvvür edin ki, müəllim 495 manat maaş almaq üçün 18 saat dərsi olmalıdır. Bu da çox az müəllimə şamil olunan şərtdir. Bakıda bu cür müəllimləri tapmaq çətindir. Kİşi müəllimləri təhsilə cəlb etmək üçün müəyyən güzəştlər və stimullaşdırıcı addımlar atmaq lazımdır. Bu ölkənin genofondu üçün vacibdir. Hətta milli təhlükəsizlik qədər vacib məsələdir. SSRİ dövründə kişi müəllimlər çox olub. 1990-ci illərin müharibə dönəmindən sonra kişi müəllimlər arasında azalmalar müşahidə olundu. Yaponiyada bu sahəni stimullaşdırmaq üçün ildə bir neçə məktəbdə ancaq kişi müəllimlər dərsə çəlb olunurdu. Çünki ölkənin strateji hədəfləri daha önəmlidir. Kişi müəllimlərin az olması şagirdlərin birbaşa xarakterinin formalaşmasına mənfi təsir edir. Evdə ana, ibtidai sinifdə qadın, yuxarı sinifdə qadın. Bu şagirdlər üçün təhlükədir",  - deyə ekspert əlavə edib.


 
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü millət vəkili Etibar Əliyev  deyir ki, son illər bölgələrdə kişi müəllimlərin sayı artır.
 
"Kişi müəllimlərin regionalarda sayı artırr. Çünki kəndlərdə işləmək üçün iki ən yaxşı sahə var. biri həkim, o biri  müəllim. Buna görə regionalarda kişi müəllimlərin sayı artır. Bu yaxşı haldır. Bu sahədə güzəştlər  təklif olunmalıdırr", - deyə Etibar Əliyev bildirib.

 

Bu yaxınlarda Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində bildirmişdi ki, təhsildə qadınların çox olması gələcəkdə problemlərə yol açacaq və buna görə də kişi müəllimlərin sayını artırmaq lazımdır. Amma nazir bu istiqamətdə nə kimi işlərin görüldüyünü bildirməyib.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol