Zahid Oruc: "Bu xalqın qələbə məclisi qurmaq haqqı var!"

İlham Əliyevin rəhbəri olduğu xalq və Silahlı qüvvələr indi 70 mindən artıq orden və medalları daşıyan qalib Qafqaz ordusudur.
Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanatı müzakirəsi zamanı çıxışında deyib.
"İkinci Qarabağ müharibəsində rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirlib.İki tərəfdən birgə yaralıların sayı qeyri-rəsmi rəqəmlərə görə 16-18 minə çatır.Əgər günlük hesabda biz müharibənin itki miqyasını ölçmək istəsək onda görəcəyik ki, bir gündə həyatını itirənlər 159 nəfərə, yaralılar isə 360-400-ə yaxındır.Deməli, "21-ci əsrin müharibəsi” adlandırılan sonuncu savaş birinci Qarabağ müharibəsi qədər davam etsəydi, 350 mindən artıq itkilər ola bilərdi.Miqyası təsəvvür edirsiniz. Ona görə də bizim 44 günlük Zəfərimiz ən qısa vaxtda, ən azı itki ilə ən yüksək nəticə qazanıldığı haqq savaşı kimi tarixə düşəcək.
44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətindən biri də ikinci dünya müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacaran qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlərin Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması çox nadir hadisədir.Son 76 ildə buna bənzər digər bir Aktı xatırlamaq mümkün deyil.
Qarabağ bizim üçün təkcə, ərazi vahidi, yurd yeri və doğma torpaqlar demək deyil.Şanlı ordumuz yalnız silahla deyil, yenilməz ruhu və iradəsi ilə qazandığı qələbədən doğulan yeni xalq özünün gələcək qalib oğullarını yetişdirəcək. Bayramınız mübarək olsun, əziz qardaş və bacılar.200 ildən sonra bir xalqın öz şərikli Zəfər çörəyini dadmaq və Qələbə məclisi qurmaq haqqı var!", deyə Zahid Oruc əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























