Hikmət Hacıyevdən Ermənistanla bağlı ÇAĞIRIŞ

"İki ölkə arasında münasibətlər bərpa olunmalıdır. Bütün beynəlxalq ictimaiyyəti bu istiqamətdə addım atmağa səsləyirik".
www.anews.az
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində "44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamalıdır. Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu tamamilə qəbuledilməzdir.
Azərbaycan mövqeyi ədalətin və beynəlxalq hüququn bərqərar olmasını istəyir. Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb", - deyə H.Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlara daim hazırdır və bundan sonra əməkdaşlıq mexanizminə uyğun olaraq davranmaq olar.Azərbaycan mövqeyi ədalətin və beynəlxalq hüququn bərqərar olmasını istəyir. Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb", - deyə H.Hikmət Hacıyev bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























