• $
  • €
  • ₽
  • ₺
  • £

Norveç parlamenti qarşısında “Böyük qayıdış” aksiyası təşkil edilib

Norveç parlamenti qarşısında “Böyük qayıdış” aksiyası təşkil edilib
06.11.2021 21:31
Norveçin paytaxtı Oslo şəhərində ölkə parlamenti binasının – Stortingetin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə "Böyük qayıdış” adlı aksiya keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Norveçdə fəaliyyət göstərən "CAN” diaspor təşkilatının təşəbbüsü ilə baş tutan aksiyaya Azərbaycan və Türkiyə icmalarının üzvləri, Türkiyənin Norveçdəki səfirliyinin əməkdaşları qatılıblar.

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları şəhidlərimizin şəkillərini, "Həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsinə”, "Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!”, "Qarabağa böyük qayıdış” şüarlarını əks etdirən posterləri nümayiş etdiriblər.

Tədbirdə "CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur və Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev çıxış ediblər. Onlar Ermənistanın xalqımıza qarşı qəsbkar, təcavüzkar və etnik təmizləmə siyasətinin tarixi, Qarabağ bölgəsindəki şəhər və kəndlərin dağıdıldığı, yüz milyonlarla dollar dəyərində mina və partlayıcı sursatların yerləşdirildiyi, baş verənlərə dünya birliyinin göz yumduğu, bu ədalətsizliyə rəğmən ölkəmizin multikultural dəyərlərə sadiq qaldığı, Azərbaycan dövlətinin təkbaşına BMT-nin qətnamələrini icra edərək, ərazi bütövlüyümüzü bərpa etdiyi barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, Qarabağ işğaldan azad olunandan sonra yeni inkişaf dövrünə qədəm qoyub, 8 ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Beynəlxalq "Xarı bülbül” Festivalı, Vaqif Poeziya Günləri keçirilib.

Aksiyada Norveç hökumətinə azərbaycanlılara qarşı baş verən soyqırımına, etnik təmizləməyə, şəhər və kəndlərin dağıdılması kimi qeyri-insani addımlara düzgün siyasi qiymət verməyə çağırış səslənib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol