• $
  • €
  • ₽
  • ₺
  • £

Ollanddan Azərbaycana təklif

Ollanddan Azərbaycana təklif
12.05.2014 17:12

Fransa prezidenti: "Mülki nüvə sektoru, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kosmik sahədə, şəhərsalma və tullantıların idarə edilməsində, rəqəmsal texnologiyada köməklik göstərməyə hazırıq"

“Azərbaycanın bu cür inkişafı region, eləcə də dünya üçün nümunədir”

“Azərbaycanla Fransa arasında əlaqələr geniş şəkildə inkişaf edir. Bu gün Fransa ilə Azərbaycan arasında ticarət mübadiləsi də yüksək səviyyədədir. Fransa Azərbaycanın 7-ci tərəfdaş ölkəsidir. Azərbaycan böyük uğurlar əldə edib. Ölkə həm nəqliyyat, tikinti, həm də enerji sektoruna investisiyalar cəlb edə bilib”.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı Fransa prezidenti Fransua Olland deyib. O, Azərbaycanın bu cür inkişafının region, eləcə də dünya üçün nümunə olduğunu qeyd edib.

 

Fransa prezidenti bildirib ki, həm Azərbaycan, həm də Fransa öz iqtisadiyyatını şaxələndirməlidir: “Biz Azərbaycana mülki nüvə sektoru, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kosmik sahədə, şəhərsalma və tullantıların idarə edilməsində, rəqəmsal texnologiyada köməklik göstərməyə hazırıq. Bakı ilə digər şəhərlərin texnoloji inkişafına yardım etmək üçün sizin sərəncamınızdayıq".

 

Fransua Olland ölkəsinin prioritetlərindən danışarkən əsas istiqamətlərindən birinin uzunmüddətli əməkdaşlıq olduğunu qeyd edib. Bu sahədə xüsusi olaraq Azərbaycan kimi gənc və inkişaf edən ölkələrə maraq olduğunu söyləyib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol