Moskvada bazar sahibi olan erməni bayrağımızı ayaqlar altına sərdi - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilir.
Anews.az xəbər verir ki, bu barədə "qaynarinfo"ya məlumat daxil olub. Bildirilir ki, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub.
Moskvada yaşayan azərbaycanlı diaspor nümayəndələri bildirir ki, bu addım məqsədli şəkildə atılıb. "Ticarət Mərkəzinin sahiblərindən biri Sirunyan Aşot Alfredoviçdir. O milliyyətcə ermənidir. Ad və soyadı da dediklərimizi təsdiq edir. Azərbaycan bayrağı da onun təşəbbüsü ilə döşəmədə əks olunub”, - deyə soydaşlarımız bildirib.
"Biz artıq Rusiyanın müvafiq strukturlarına müraciət etmişik. Tələb etmişik ki, bu rəzalətə son qoyulsun. Ticarət Mərkəzinin rəhbərliyinə də sözümüzü demişik. Bu gün rəsmi müraciətlərimizi Azərbaycanın Rusiyadakı səfirliyinə və ticarət mərkəzinin rəhbərliyinə də çatdıracağıq”, - deyə soydaşlarımız vurğulayıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























