Kremldən üçtərəfli görüşlə bağlı daha bir açıqlama

Qarabağ üzrə üçtərəfli bəyanatın ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında təmas planlaşdırılmayıb.
Anews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü, həmçinin bəyan edib ki, bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı imzaladığı razılaşmalar İrəvan və Bakı üçün son dərəcə əhəmiyyətlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























