• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağın işğaldan sonra investisiya potensialı” adlı videokonfrans keçirilib

“Qarabağın işğaldan sonra investisiya potensialı” adlı videokonfrans keçirilib
11.11.2021 12:49
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı "Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda onlayn rejimdə regional videokonfrans keçirilib.

Anews.az xəbər verir ki, videokonfransa Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədrləri, hər iki ölkənin dövlət strukturlarının rəsmiləri, Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Xarkov şəhər Şurasının deputatları, iş adamları, politoloqlar qatılıblar.
Konfransın məqsədi Ukrayna iş adamlarının Azərbaycanın işğaldan azad olunan ərazilərində investisiya potensialını dəyərləndirmək və onları Qarabağ bölgəsi ilə tanış etməkdir.

Qarabağ bölgəsinin investisiya potensialına dair videosüjetə baxandan sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədri Rüfət Quliyev ölkəmizin işğaldan azad olunan ərazilərində görülən yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat veriblər. Xarici sərmayəçilərin Qarabağ bölgəsinə yatırımı üçün əlverişli mühitin yaradıldığını vurğulayıblar.
Politoloq Tofiq Abbasov isə çıxışında Qarabağın regionda yaranmış yeni siyasi vəziyyət və əhalinin həyat təhlükəsizliyinin səviyyəsindən danışıb. Sonra aqrar sahədə mövcud potensial mövzusunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov izah ediblər.

Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədri, Ali Radanın deputatı Vladimir Kreydenko Azərbaycan xalqını Böyük Qələbə Günü münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, bu tədbir ukraynalı iş adamlarının Qarabağa investisiya yatırımı üçün öz töhfəsini verəcək.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov iclasda iştirak edənlərin diqqətinə çatdırıb ki, Ukrayna-Azərbaycan əlaqələrinin iqtisadi sahədə dərinləşdirilməsi məqsədilə növbəti addım olaraq ukraynalı iş adamlarının dekabr ayında Azərbaycana birbaşa səfər olacaq və hazırda Ukrayna nümayəndə heyətinin tərkibi formalaşdırılır.

Bundan sonra Əfqan Salmanov videokonfransın bütün iştirakçılarını hər iki tərəfdən Azərbaycan xalqının qarşıdan gələn 44 günlük Vətən müharibəsində Zəfər Günü münasibətilə təbrik edib. "Azərbaycanın Ali Baş Komandanı və Prezidenti İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkənin ərazi bütövlüyü bərpa edilib. Bu, XXI əsrin ən böyük Qələbəsidir!”, - deyə Əfqan Salmanov əlavə edib.

Tədbirdə daha sonra çıxış edən Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Xarkov şəhər Şurasının deputatları, müəssisə rəhbərləri mövzu ətrafında öz fikirlərini bölüşüblər.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol