• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm Usubov MTN işinə cəlb oluna bilər

Rüstəm Usubov MTN işinə cəlb oluna bilər
11.11.2021 15:58
Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev və digərlərinin cinayəti işi üzrə keçirilən məhkəmə istintaqına cəlb oluna bilər. 

Mövlan Şıxəliyev və digərlərinin Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Rüstəm Usubovun da adı hallandırılır. 

Konkret olaraq MTN-nin şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov ifadəsində bildirib ki, Mövlan Şıxəlıyev ona göstərişlərin Rüstəm Usubovdan gəldiyini deyib. Onun sözlərinə görə, Bilgəh qəsəbəsində istirahətdə olarkən, axşam 8-9 radələrində Mövlan Şıxəliyev onunla əlaqə saxlayıb və tapşırıb ki, Sahib Ələkbərov özünün qərarı əsasında həbsə aldığı 4 şəxsi təcili azadlığa buraxmalıdır. Sahib Ələkbərov bildirib ki, Mövlan Şıxəliyev onunla telefon danışığı zamanı belə bir tapşırığın baş prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən verildiyini deyib. O da tapşırığı alandan sonra təcili işə gedib və qərarı dəyişərək təqsirləndirilən 4 şəxsi azad edib.

Zərərçəkənlər də deyiblər ki, təqsirləndirilən şəxslər ifadələrində ayrı-ayrı epizodlar üzrə Rüstəm Usubovun adını çəkir, biləvasətə məsuliyyəti onunla bölürlər.

Digər tərəfdən, onların sözlərinə görə, həbs qərarlarına Rüstəm Usubov imza atıb. Bu baxımdan, onun da istintaqa cəlb olunması tələb edilir. 

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. 

İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.

Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib. (qaynarinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol