"Sülhməramlılar belə düşük hərəkətə yol verməməlidir" - Ekspertdən AÇIQLAMA

Xankəndi yaxınlığındakı Rusiya hərbi şəhərciyində Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa daxil olmasının birinci ildönümü şərəfinə qoyulmuş abidənin açılış mərasimi keçirilib. Abidə Azərbaycan tərəfindən vurulan Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin şəxsi heyətinin xatirəsinə qoyulub. Bürüncdən tökülmüş abidədə tam döyüş sursatı ilə silahlanmış, çiynində Kalaşnikov avtomatı, gül dəstəsi verən kövrək qızı qucaqlayan sülhməramlı rus əsgəri təsvir edilib. Bu abidə Azərbaycan vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb və narazılığa səbəb olub.
Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycanda qoyulan hər bir heykəl razılaşdırılmalıdır, çünki sülhməramlılar orada müvəqqəti yerləşdirilib.
"Sülhməramlılar yerləşdikləri ərazidə memarlıq, inşaat, abidə, tikinti işlərinə yol verməməlidirlər. Onların işi ancaq özlərinə aid olan funksiyaları yerinə yetirməkdən ibarətdir. Humanitar fəaliyyət ola bilər, ona bir söz demirik. Məsələn, hansısa erməniyə su, ərzaq paylaya bilərlər, amma memarlıq abidəsinin ucaldılması kimi düşük bir hərəkətə yol verilə bilməz. Dörd ildən sonra gedəcək iki minlik bir kontingentin orada abidə yerləşdirməsi "sanki biz burada daha uzun müddət qalmağı planlaşdırırıq” mesajını ötürür. Hesab edirəm ki, bununla bağlı aidiyyatı qurumlar öz münasibətlərini bildirməli, tədbir görülməlidir. Digər məsələ, bu heykəlin Xankəndi yaxınlığında, Xocalı ərazisində ucaldılması Azərbaycanı bir daha qıcıqlandırmaq məqsədi kimi də qiymətləndirilməlidir. Təklifim odur ki, sökülüb-yığıla bilən heykəllər hazırlasınar kiburdan gedəndə həmin heykəlləri özləri ilə söküb apara bilsinlər. Çünki 2012-ci ildə gedəndə Rusiya qurduğu heç bir konstruksiyanı apara bilmədi. Rusiya sülhməramlıları yəqin unudublar ki, Azərbaycan xalqı hələ 90-92-ci illərdə, daha zəif olduğu bir vaxtda erməniləri ölkəmizdən yola sala bilib. Biz bunu 2012-ci ildə Putinin hakimiyyəti dövründə həyata keçirmişik və indi də həyata keçirəcəyik. Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti onların burada daha çox qalmasına heç bir əsas vermir. Ən azından, həm Erməni, həm Azərbaycan ictimaiyyəti tərəfindən bu məsələ qınanılır”, - deyə ekspert əlavə etdi.
Ekspertin fikrincə, abidənin inşaatı gedən zaman bu barədə xəbər tutmaq lazım idi:
www.anews.az

"Bizim peykimiz, pualarımız var və ümumilikdə, müşahidə imkanlarımız kifayət qədər yüksəkdir. Şuşadan baxdıqda Əsgəran və Xocalı hava limanını gözlə görürük, amma oraya optik vasitələr yerləşdirsək, uzaq məsafələrdə nə işlər aparıldığını görmək olar. Amma nədənsə bizim güc strukturları bəzən gecikmiş addımlara yol verirlər. Bu kimi halların qarşısı tamamilə alınmalıdır, hansı yolla olursa olsun”, - deyə Ədalət Verdiyev bildirdi.
Rəsmi Bakı məsələyə hələlik münasibət bildirməyib.
Nicat Dilqəmli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib