Azərbaycanda ilk dəfə 4 heyvan hərraca çıxarılaraq satıldı

Noyabrın 12-də Kənd Təsərrüfatı Nazirliyinin Qobustanda inşa etdirdiyi müasir heyvandarlıq kompleksində ilk dəfə cins heyvanlar hərraca çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu'' Aqroservis'' ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov anews.az-a açıqlamasında bildirib ki, hərracın həftədə bir dəfə keçirilməsi nəzərdə tutulub, əgər təlabat çox olarsa heyvanların auksiona çıxarılması həftədə 2-3 dəfəyə qədər artırıla bilər.
"Hərracda ilk dəfə olaraq yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da fermerlərə təklif olunur. Satış üçün müraciət edən fermerlər üçün həftə ərzində sərgi salonunda satışda olan damazlıq heyvanların virtual nümayişi mütəmadi olaraq həyata keçiriləcək. Hərrac üçün iştirakda hər hansı bir şərt yoxdur. Bütün fermerlər bu hərracdan istifadə edə bilər. Malının satışını və alışını burada aksiona çıxartmaqla sata və ala bilər. Hazırda fermerlərin heyvanlarını kompleksdə saxlamaq üçün ödənişli xidmətlərin məbləği müəyyən olunmayıb.Hər bir sahibkar aksionda istənilən qədər heyvan satışı və alışı üçün iştirak edə bilər. İlk dəfə açılış olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aksiona 11 sahibkar dəvət olunub. Onlardan 4-ü aksionda çıxarılan heyvanları alıb və ödənişini lizinq yolu ilə 3 il müddətinə əldə edə biləcək", deyə Elmin Rəhmanov bildirib.
Aksionda hərraca çıxarılan cins damazlıq heyvanlar Brown- Şviss cins inəyi İsveçrədən gətirilib, rəngi boz, qiyməti dövlət tərəfindən 60 faiz güzəşt edildikdən sonra satış qiyməti 2074 manat olub. Ətlik həm də südlük kimi istifadə olunur. Çəkisi dişi 600- 700kg, erkək isə 900-1000 kq. Südün tərkibində 3,6-3,8% yağ, protein isə 3,5% təşkil edir. Yeni doğulmuş buzovun çəkisi 40-43 kq-dır. İnək bütün iqlimlərə uyğunlaşa bilir, döl verimi yüksək və xəstəliklərə davamlıdır.Heyvan satışa çıxarılaraq 2900 manata yerli ferməre satılıb.
Holştein-Friz inəyi Almaniya və hollandiyadan gətirilib. Südlük üçün istifadə olunur, çəkisi dişilərdə 650-750kq, erkək isə 800-1000kq-dır. Süddə yağlılıq 3-3,8 % təşkil edir. Güzəşt tətbiq etməklə satış qiyməti 1884 manata hərraca çıxarılıb.
Hərraca çıxarılan qoyun Fransadan gətirilib. Südlük həm də ətlik üçün istifadə olunur. Erkəyinin çəkisi 95-110 kq, dişi isə 70-80 kq aralığında olur. Yun verimi dişilərdə 3-4 kq, erkəklərdə 4-6 kq-dır. Güzəşt tətbiq edildikdən sonra satış qiyməti 339 manat olub.
Digər qoyun da Fransadan gətirilib, xarici görünüşü ağ rəngdə, həm ətlik, həmdə südlük kimi istifadə olunur. Hündürlüyü erkəklərdə 70sm, dişi 55-60 sm-dir, çəkisi erkəklərdə 100-150- kq, dişi 65-90 kq civarındadır. Güzəşt tətbiq edildikdən sonra hərraca çıxarılan qiyməti 339 manat olub.
Hərracda qalib olan fermer Fariz Salamonov bildirir ki, bu cür hərracların olması fermerlər üçün əlverişli olacaq.
"14 ildir fermer kimi fəaliyyət göstərirəm. Aksionda iştirakla bağlı təsadüfən məlumat aldım və iştirak etmək istədim. 350 baş qoyunum və 28 baş inəyim var.Heyvanların satışı üçün hər dəfə Bərdə bazarına gedirəm. Yol xərcləri təxmini 100-150 manat üzərində olur. Bu aksionda iştirak etməklə həm xərclərim azalacaq həm də malımı mənə uyğun qiymətə satış imkanı yaradacaq. Hərracda qalib olub aldığım qoyunun bazar qiyməti ilə müqayisədə 10 faiz üzərində ucuz aldım", deyə fermer qeyd edib.
Qobustan
Heyvandarlıq Nümayiş Kompleksi ölkədə bu konsepsiyada ilk komleksdir.
Kompleksin fəaliyyətinin məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli
cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına
nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını
stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına
nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.
Heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funskional və yardımçı binalardan ibarətdir. Ümumilikdə, 8 hektara yaxın ərazidə inşa edilən kompleksdə fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş fermalarda 100 baş iribuynuzlu və 400 baş kiçikbuynuzlu heyvanın saxlanması nəzərdə tutulur. Hər bir ferma üçün yardımçı tikililər zəruri texniki avadanlıqla təchiz olunub. Heyvanlara xüsusi baytar və zootexniklər vasitəsilə qulluq edilərək tibbi müyainədən keçiriləcək. Heyvanlar haqqında məlumat xüsusi çipləşdirilmiş birkalar vasitəsilə mərkəzi serverdə toplanır və mütəmadi izləniləcək.
Prezident 2008-ci il Damazlıq heyvanların güzəştlə satışı ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə damazlıq heyvanlarda dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılıb. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirə bilər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























