• $
  • €
  • ₽
  • ₺
  • £

Aqil Hümmətova 10 illik hökm oxundu

Aqil Hümmətova 10 illik hökm oxundu
15.11.2021 13:31
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümmətova hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi ittihama görə, Aqil Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.

Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
 
AXCP sədrinin müavini Seymur Həzi bildirdi ki, Aqil Hümmətovun həbsi ictimaiyyət qarşısında absurd qurama ittihamlarla həyata keçirildi. 
 
"AXCP fəalı Prezident İlham Əliyevdən uşaq pulu tələb etdiyinə görə 10 il azadlıqdan məhrum edilib. Yəqin ki, bu dünyada sosial tələblər həyata keçirən şəxsə verilən ən ağır cəzadır. Azərbaycan höküməti Aqilin uşaqlarına zibilqabıdan kardon toplamaqla baxdığını bilirdi. Belə şəraitdə ailə saxlayan birinə bu cəzanı verməklə cəmiyyətə özünü sosial siyasətini göstərdi", - deyə sədr müavini bildirdi. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol