• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Macarıstan yeni əməkdaşlıq sənədi imzalayıb

Azərbaycan və Macarıstan yeni əməkdaşlıq sənədi imzalayıb
15.11.2021 16:22
Bu gün Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) baş ofisində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyinin iştirakı ilə Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumunun (MEKH) nümayəndə heyəti ilə görüş keçirilib.
 
Anews.az bu barədə Agentliyə istinadən xəbər verir.
 
Məlumata görə, görüşdə çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov qonaqları salamlayıb və görüşün Macarıstan və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, eləcə də enerji tənzimləmə sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.
 
MEKH-in vitse prezidenti Pal Saqvari isə görüş üçün minnətdarlıq edib, təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, bu günə kimi görülən işlərdən danışıb.
 
Daha sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi S.Axundov və P.Saqvari imzalayıb. Memoranduma əsasən hər iki tənzimləyici qurum arasında enerji sahəsində, xüsusilə bərpaolunan enerji mənbələri, eləcə də enerji səmərəliliyi mövzusunda təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təcrübə və təlim proqramlarının keçirilməsi,birgə tədqiqat işlərinin reallaşdırılması, habelə konfrans və seminarlarda iştirak nəzərdə tutulur.
 
Anlaşma Memorandumu 2020-ci ilin fevral ayında Budapeştdə Azərbaycan və Macarıstan hökumətləri arasında enerji sahəsində iqtisadi əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının İşçi Qrupunun birinci iclasında əldə edilmiş razılaşmaya uyğun olaraq imzalanıb. Həmin görüşdə tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığı, o cümlədən enerji tənzimləmə sahəsində əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildiriblər.
 
EMTA elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Prezidentin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılan Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərir.
 
MEKH 1994-cü ildə Macarıstan Enerji İdarəsi kimi yaradılıb. MEKH Macarıstanda elektrik enerjisi, təbii qaz, mərkəzləşdirilmiş istilik və su kommunal şirkətlərinin fəaliyyətini tənzimləyir və onlara nəzarət edir. Qurum tullantıların idarə edilməsi, enerji statistikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə qiymətlərin tənzimlənməsi ilə bağlı səlahiyyətlərə malikdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol