• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
16.11.2021 11:04
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.


Anews.az-ın xəbərinə görə, toplantıda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.


Ümumilikdə isə üç gün (noyabrın 16-sı, 17-i və 18-i) davam edəcək iclasın gündəliyinə 24 məsələ daxil edilib.


Bunlar aşağıdakılardır:


1. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).


2. "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).


3. "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsi (birinci oxunuş).


4. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş).


5. "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş).


6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).


7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş).


8. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


9. "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


10. "Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


11. "Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


12. "İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


13. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


14. "Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


15. "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


16. Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Yerin təki haqqında”, "Balıqçılıq haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Ovçuluq haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında”, "Baytarlıq haqqında”, "Dərman vasitələri haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Mədəniyyət haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


17. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


18. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


19. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


20. "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


21. "Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


22. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


23. Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında.


24. Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol