MN: "Erməni təxribatları bu gün daha da intensivləşib"

Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb:
"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur", - deyə o, bildirib.
O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib:
"Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır", - deyə MN sözçüsü əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























