Qarabağdakı gərginlik müharibənin başlamasına səbəb ola bilməz - Ekspert

Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlaması ehtimalı sıfıra bərabərdir. Çünki Ermənistanın Azərbaycanla müharibə aparması üçün nizami ordusu yoxdur. Üstəlik Rusiya öz nüfuzunu saxlamaq üçün buna imkan verməyəcək. Bunu hərbi ekspert Rusif Məmmədsoy son günlər Ermənistan tərəfin Qarabağda atəşkəsi pozmasına münasibət bildirərək söyləyib .
"Biz deyirdik ki, Nikol Paşinyan sülhün tərəfindədir. Lakin son açıqlamasında Ermənistanın Baş naziri bütün ölkə vətəndaşlarını silaha sarılmağa çağırıb. Bu, çox ciddi mesajdır. Müharibə ehtimalı sıfıra bərabərdir, çünki müharibənin olması üçün nizami ordu olmalıdır. Olsa, ancaq antiterror əməliyyatı olacaq və bu prosesə də demək olar, artıq start verilib”.
Məmmədsoy Rusiyanın öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə region üçün təhlükə yarana biləcəyini də istisna etmir.
"Rusiya öz neytrallığını qorumalıdır, çünki ortada Türkiyə faktoru var. Bu, böyük fəlakətlərə səbəb ola bilər”, - deyə ekspert vuröulayıb.
Siyasi ekspert Nazim Cəfərsoy bildirdi ki, Azərbaycan Ordusu öz mövqelərində yerini möhkəmləndirməli idi:
"Müharibənin bir illiyi ilə əlaqədar Ermənistanda xüsusi ilə həssas durum var, düşmən ölkənin məğlubiyyətinin bir illiyidir. İkinci bir tərəfdən, Ermənistan KİV-də noyabr ayının 10-da delimitasiya və demarksiya ilə bağlı müqavilə imzalanacağı barədə yayılan məlumatlarla əlaqələndirirəm. Son anda bu, gerçəkləşmədi. Prosesdən anlaşılır ki, buna qədər Azərbaycan tərəfi bu barədə müsbət mesajlarla gedirdi, Rusiya tərəfi də buna qoşulmuşdu. Lakin Ermənistan bu prosesdən boyun qaçırdı. Bəlkədə imzalayıb, mən onu deyə bilmərəm, amma görünən budur ki, ortada heç bir razılaşma yoxdur.
Azərbaycan isə Sovet xəritələri üzərindən öz mövqelərində qərarlaşır. Hesab edirəm ki, bu da qarşıdan qış mövsümünün gəlməsi ilə əlaqəlidir. Çünki qışda həmin ərazilərdə möhkəmlənməkdə müəyyən çətinliklər yaşaya bilərik”.
"Müharibədən isə söhbət gedə bilməz. Çünki indiki halda bu, həm Ermənistan tərəfinə, həm də Rusiya tərəfinə sərf etmir. Ermənistan yetərincə zəifləyib. Müharibə olacağı halda müttəfiqinin əzilməsi Rusiyanın siyasi prestijinə ciddi zərbə vuracaq”, - deyə ekspert bildirib.
Nicat Dilqəmli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























