Belarus Azərbaycan ilə kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı möhkəmləndirir

"Belarus kibercinayətkarlıqla mübarizə və kibercinayətkarlığın profilaktikası sahəsində Azərbaycan ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır".
www.anews.az
Anews.az xəbər verir ki, bunu jurnalistlərə Belarus İstintaq Komitəsinin rəhbəri Dmitri Qora bildirib.
"Hazırda cinayətkarlıq beynəlxalq xarakter alır. İlk növbədə bizi sərhəd tanımayan kibercinayətkarlıq – yüksək texnologiyalar sahəsində cinayətlər narahat edir. Məhz bu sahədə əməkdaşlıq edəcəyik və gələcək qarşılıq fəaliyyətimizi bu istiqamətdə inkişaf etdirəcəyik”, - o deyib.
Onun sözlərinə görə, Azərbaycanın Baş Prokururluğu ilə ümumilikdə, həm də ayrı-ayrı cinayət işlərinin istintaqında əməkdaşlığı möhkəmləndirmək perspektivləri mövcuddur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























