Mədət Quliyev BƏƏ-nin naziri ilə görüşüb

Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Dubai Airshow 2021” 17-ci aviasiya sərgisində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşüb.
www.anews.az
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycanla BƏƏ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
"Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi BƏƏ-nin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi altında iki ildən bir təşkil olunur. Sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























