Belarus Polşaya neft tranzitini məhdudlaşdırıb

Belarusun dövlət müəssisəsi "Qomeltransneft” "Drujba" (Dostluq) kəməri üzrə Polşaya neft verilişini müvəqqəti olaraq məhdudlaşdırıb.
www.anews.az
Anews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın "Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Dyomin deyib.
Onun sözlərinə görə, dünəndən etibarən "Qomeltransneft” "Drujba" mağistral neft kəmərinin xətlərindən birində növbədənkənar təmir işlərinə başlayıb.
Bununla əlaqədar olaraq Polşa istiqamətində neftin verilişi təxminən üç sutkalıq məhdudlaşdırılıb.
"Drujba" 1960-cı ildə tikilib. Neft kəməri Rusiyanın Volqo-Ural neft-qaz bölgəsini Belarusun Mozır şəhəri ilə bağlayır. Oradan neft iki istiqamətdə - şimalla Polşa, Almaniya, Latviya və Litvaya, cənubla Çexiya, Slovakiya, Macarıstan və Xorvatiyaya verilir.
Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko, Avropa İttifaqını Avropaya "Yamal-Avropa” transmilli qaz kəməri ilə "mavi yanacaq” tanzitini dayandırmaqla hədələyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























