• $
  • €
  • ₽
  • ₺
  • £

Bu kənd Vətən müharibəsində 17 şəhid verib - SİYAHI

Bu kənd Vətən müharibəsində 17 şəhid verib - SİYAHI
18.11.2021 17:04
Deputat Şahin İsmayılov Milli Məclisdə 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Beyləqan rayonunun Vətən müharibəsində 17 şəhid verən Kəbirli kəndindəki məktəbin qəzalı vəziyyətdə olmasını qeyd edib. O, hökumət nümayəndələrindən məktəbin yenidən qurulmasını mümkün qədər tezləşdirməyi xahiş edib.

"Kəbirli kəndi Azərbaycanda ən çox şəhid verən kənddir. Həmin kəndin məktəbi olduqca qəzalı vəziyyətdədir və yüngül formada desək, orada dərs demək faktiki olaraq mümkün deyil. Mən təhsil naziri və hörmətli cənab Baş nazirin burda olmasından istifadə edərək qəhrəman kəndin məktəbinin mümkün qədər tez bir vaxtda yenidən qurulmasına növbəti dövr ərzində köməklik göstərmələrini xahiş edirəm", - deyə deputat bildirib.

"Unikal"ın məlumatına görə, Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. 44 günlük Vətən müharibəsində Kəbirli kəndi 17 şəhid verib. Həmin qəhrəmanlarımızı təqdim edirik:

Əliyev Mahir Əjdər oğlu,

Quliyev Elnur Sərdar oğlu,

Vəlişov Zahir Arif oğlu

Tağıyev Anar Zakir oğlu

Yusifli Böyükağa Elbrus oğlu

Əliyev Araz Aydın oğlu

Əsədov Saleh Səməd oğlu

Rəhimov Ruslan Tanrıverdi oğlu

Rüstəmov Elnur İsmayıl oğlu

Yusifli Müzəffər Ziyyəddin oğlu

Həsənov Hafiz Saleh oğlu

Həsənov Pərviz Yolçu oğlu

Abbasov Şamxal Xasay oğlu

Həsənov Ərəstun Əfşan oğlu

Abdullazadə İmaməddin Əsgər oğlu

Rzayev Qəhrəman Bəhmən oğlu

Həsənzadə Famil Şiraslan oğlu

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol