Putin:Azərbaycan-Ermənistan arasında vəziyyət sakitləşməyib

Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında deyib.
Rusiya prezidenti üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub.
Onun fikrincə, Baş nazirin müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir:
"Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, Rusiya da daxil olmaqla, region ölkələri problemlərin uzunmüddətli həllində maraqlıdır”, - deyə o, vurğulayıb.
Şəfiqə Sultanzadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























