“Üçtərəfli komissiyanın perspektivləri pis deyil” - Putin

Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının perspektivlərini kifayət qədər yaxşı hesab edir.
"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
"Baş nazirlərin müavinləri səviyyəsində müvafiq üçtərəfli komissiya yaradılıb. O, işləyir. Məncə, orada perspektivlər pis deyil. Əslində, Rusiya da daxil olmaqla regionun bütün ölkələri bu problemlərin uzunmüddətli həllində maraqlıdır”, - deyə Putin qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























