• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın şəhəri nə vaxt qaytarılacaq?

Laçın şəhəri nə vaxt qaytarılacaq?
19.11.2021 14:17
Ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyanatının 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək. Həmin bu marşrutu qorumaq üçün sonra orada yenidən Rusiya sülhməramlı kontingenti yerləşdirilməlidir.

Bu barədə Prezident İlham Əliyev də ötən il Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində danışmışdı: "Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi".

Bu ilin sentyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib ki mövcud Laçın dəhlizinin dəyişməz qalması üçün Ermənistan əlindən gələni edəcək. Onun sözlərinə görə, bu mövzuda "Qarabağ hakimiyyəti" və Rusiya sülhməramlı korpusunun komandanlığı ilə işçi müzakirələr aparılıb, sonra Ermənistan nümayəndələri də onlara qoşulacaq.

Bu məsələ ilə bağlı suallara Azərbaycan Xarici İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də "Turan"a bildirilib ki, bu barədə, hələlik, heç bir rəsmi məlumat yoxdur: "Laçın şəhərindən yan keçəcək yeni dəhliz yolunun inşası barədə rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə "Turan"a deyib ki, Azərbaycan dövlətinin mövqeyi qətiyyətli və birmənalıdır: "Bu mövqeyi cənab Prezident İlham Əliyev formalaşdırır və bütün dünyaya bəyan edib ki, Azərbaycan Ermənistanla bütün iqtisadi kommunikasıyaları açmağa hazırdır. Bu, regionun gələcəyi üçün çox önəmlidir".

Onun sözlərinə görə, Nikol Paşinyanın manevrlərinə və alternativ yolları təklif etməsinə baxmayaraq, Azərbaycan məhz Zəngəzur dəhlizinin (Ermənistanın Sünik vilayətindən keçməlidir) açılmasına nail olacaq: "Laçın dəhlizinə alternativ yolun açılması məsələsi plandadır, zaman tələb edir və sonrakı mərhələdə reallaşacaq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol