• $
  • €
  • ₽
  • ₺
  • £

İş adamlari bezir və iş yerləri bağlanır -Razi Nurullayev

İş adamlari bezir və iş yerləri bağlanır -Razi Nurullayev
23.11.2021 12:20
İş adamları, vətəndaşlar bezir, iş yerləri bağlanır və digər sərmayəçilər də qorxub qaçır. Qaçıb başqa ölkələrdə tikir. 
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsi zamanı deyib.

"Almaniyada, Amerikada, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdısa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi ki. Xoşumuza gəlməsə də gerçəkliyimiz budur.  
Ikinci drayver tikintidir. Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq. Indi isə tikintilər həddindən artıq çox zəifləyib.Təklifim budur ki, qanuna uyğun dəyişiklik edək. Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30% hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Mən Parlamentin müvafiq komitəsinin sədri hörmətli Tahir müəllimdən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın və çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək və plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən bilirsiniz nə qədər iş yeri tormozlanıb? On minlərlə. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram", deyə Razi Nurullayev əlavə edib.
 
Gülnar Nazimqizi


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol