• $
  • €
  • ₽
  • ₺
  • £

26 noyabr görüşündə hansı qərarlar verilə bilər? - ŞƏRH

26 noyabr görüşündə hansı qərarlar verilə bilər? - ŞƏRH
24.11.2021 10:58
Noyabrın 26-da Azərbaycan, Rusiya, Ermənistan dövlət başçılarının Soçidə üçtərəfli görüşünün olacağı açıqlandı. Görüşün planlaşdırıldığı  barədə hər 3 ölkədə 1 aya yaxındır şayələr gəzsə də, məlumat yalnız noyabrda  öz təsdiqini tapdı. Sözügedən görüş gözlənilməz deyildi. Çünki istər Azərbaycan, istərsə də onun qonşu ölkələrinin siyasi ekspertləri  müharibədən sonra 3 tərəfli görüşün keçirilməsini vacib sayırdı. Lakin bu görüşün məhz Soçidə olması diqqət çəkən məqam oldu. Digər tərəfdən isə bir ildir ki, bu səpkidə görüşlər barədə xəbərlər fərqli tarixlərdə, müxtəlif kütləvi informasiya vasitələrində öz əksini tapsa da, həmin toplantıların heç biri baş tutmurdu.

Bəs bu görüş baş tutarsa hansı məsələlərin müzakirəsi gözlənilir? Hazırda 3 dövlət arasında münasibətlər nə yerdədir? 

Siyasi şərhçi Rusif Məmmədsoy düşünür ki,  üçtərəfli görüşün baş tutmamaq səbəbi Nikol Paşinyanın bu görüşə hazır olmaması idi.  Politoloqun fikrincə,  Soçi görüşü nəinki baş tuta, hətta məhsuldar ola bilər. 

"Sözügedən  görüş gözlənilən idi. Çünki, Brüsseldə dekabrın 15-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında bir görüş keçiriləcək. Hansı ki, bu müharibədən sonra ilk belə görüş olacaq. Bununla yanaşı ilk belə görüşün Avropada baş tutacağı da bütün diqqətləri Vladimir Putinin üzərinə yönəltdi. Çünki, Putin hər vəchlə Avropanı bu məsələlərdən kənarda saxlamaq istəyir.  O, dünyaya göstərir ki, Cənubi Qafqazda əsas söz sahibi yenə də mənəm və proseslərə də mən nəzarət edirəm. Bu mənada əgər Soçi görüşü baş tutmasa bu Rusiyanın regiondakı reputasiyasına ciddi zərbə olar. Təbii ki, Brüssel görüşü ilə bağlı mənim hər hansı bir gözləntim yoxdur. Ancaq istənilən halda bu tip görüşlər həm də o baxımdan yaxşıdır ki, iki ölkə başçısı üz-üzə dialoq quracaq, fikir mübadiləsi aparacaq. Ümumilikdə isə bu proseslər bizim üçün yaxşıdır. Çünki xatırlayırsınızsa bundan öncə də noyabrın ilk on günlüyündə Moskvada üçtərəfli görüş gözlənilirdi. Bu xəbəri öncə erməni KİV,  daha sonra isə Kremlə yaxınlığı ilə seçilən RİA Novosti xəbər agentliyi təsdiqlədi. Daha sonra Nikol Paşinyan bunu təkzib etsə də Putinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün olacağını, lakin videokonfrans şəklində baş tutacağını dedi. Bu da doğru olmadı. Görünən odur ki, Ermənistan daxilindəki proseslər Nikol Paşinyanın bu görüşə hazır olmadığına işarə idi. Yəni Ermənistan cəmiyyəti hələ buna hazır deyil. Bu zaman isə belə bir sual yaranır əgər hazır deyilsə nəyə görə Ermənistan hökuməti cavabsız qalmayacağını və bunun özlərinə daha çox ziyan vuracağını bilə-bilə  təxribatlara əl atırl?   Cavabı çox sadədir. Ermənistan hökuməti şəxsən bu proseslərdə iştirak etmir.  Bunların başında isə Rusiya və ona meylli Ermənistan daxilindəki qüvvələr dayanır. Rusiya sülhməramlı kimi bölgəyə gəldi və bizi inandırmağa çalışdı ki, bu məsələ mənim vasitəçiliyimlə sona çatacaq. Ancaq belə olmadı. Rusiya artıq bir ildir ki, Qarabağdadır və noyabr anlaşmasının hələ heç bir bəndi yerinə yetirilməyib. Məsələn anlaşmanın 4-cü bəndini. Həmin müddəada deyilir ki, bölgədə qalan əlisilahlı erməni dəstələri tərksilah edilərək bölgədən uzaqlaşdırılacaq. Biz Laçın dəhlizini də bu məqsədlə istifadəsinə icazə vermişik. Eyni zamanda həmin dəhliz vasitəsilə humanitar yardımlar daşınsın və.s. Lakin, qarşılaşdığımız mənzərə belədir ki, həmin quldur dəstələri nəinki tərksilah edilib, hətta təxribatların sayı daha da artıb. Məsələn son Mirzoyan olayı. B Qumbaranı atıb gedir. Daha sonra isə həmin terrorçunu bizə təhvil verilmək əvəzinə Ermənistana göndərilir.  Bu bölgədə vəziyyətlə barışmaq istəməyən digərləri üçün də presedent ola bilər. Rusiya birmənalı şəkildə həmin terrorçunu ya yerindəcə məhv etməli idi, ya da bizə təhvil verməli idi. Heç bir halda o şəxs Ermənistan tərəfinə verilməməli idi. Bundan əlavə anlaşmanın 6-cı bəndində Laçın dəhlizinə alternativ olaraq bir yol inşa etməyimiz nəzərdə tutulmuşdu. Bu yolun inşa işlərinin 3 il ərzində bitəcəyi deyilirdi. Bir il artıq geridə qaldı. İndi kim bizə zəmanət verir ki, Rusiya və Ermənistan tərəfi təxribatlara davam etməyəcək və biz bu yolun inşasını növbəti iki il ərzində bitirə biləcəyik?", - deyə siyasi şərhçi söylədi. 

Anlaşmanın digər bəndinə görə, məcburi köçkünlər ata-baba yurdlarına geri dönməli idi. Həmin prosesə  hələ start verilməyib. Köçürülməyə başlamamaq səbəblərindən biri, yəqin ki, ən vacibi ərazinin minadan təmizlənməməsidir.

Rusif Məmmədsoy minalardan təmizləmə prosesinin yekunlaşmamasında günahkar olaraq Rusiyanı görür. 

"Mina xəritələrinin Azərbaycana verilməsi məsələsini də öz üzərinə götürən Rusiyanın bizə təqdim etdiyi xəritələrin 75% -i yanlış idi. Kommunikasiyaların açılması məsələsində də hər hansı bir müsbət addım görmürük. Rusiya tərəfi açıqlamalar verir ki, delimitasiya və demarkasiya proseslərinə start vermək lazımdır. Ancaq bunu tətbiq etmək üçün heç bir addım atmır. Çünki bu münaqişənin bitməsində maraqlı deyil. Bir anlıq təsəvvür edək ki, bölgədə sülh var, barışıq var. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanıb, kommunikasiyalar açılıb və.s. Bu halda bölgədə Rusiya kimə və nəyə lazım olacaq?  Zəngəzur dəhlizinin açılması ümumilikdə regionun, eyni zamanda Rusiyanın da maraqlarına cavab verir. Hansı ki, bununla daşınmaların daha rahatlıqla Avropaya çıxışını təmin etmək mümkün olacaq. Ancaq digər tərəfdən də Rusiya gərginliyin olmasında maraqlıdır. Təsadüfi deyil ki, Vladimir Putin son sərhədyanı ərazilərdə baş verən təxribatlardan danışarkən həmin ərazilərə də sülhməramlı göndərməyin vacibliyini vurğuladı. Ermənistan Azərbaycan sərhədlərinə sülhməramlı göndərmək istəyən Rusiya bu təxribatlardan da öz xeyrinə istifadə etməyə çalışır. Mən hesab edirəm ki, bu məsələdə də Rusiya bu və ya digər mənada iştirak edir. Ermənistan daxilində radikal müxalifətin, keçmiş Qarabağ klanı üzvlərinin orduya təsiri Nikol Paşinyandan daha çoxdur. Bu kimsəyə artıq sirr deyil. Ermənistan Müdafiə Naziri Arşak Karapetyanın da vəzifəsindən göndərilməsi bundan xəbər verir. Bu mənada Rusiyadakı müəyyən dairələr həmin qüvvələrdən istifadə edərək təxribatlara cəlb edə bilər. Sadəcə bu da deyil. Rusiya bu addımlarla  digər tərəfdən Türk dövlətlərinin İstanbulda baş tutan görüşünə də reaksiya vermiş ola bilər. Təsəvvür edin ki, Mərkəzi Asiya uğrunda dünya gücləri hazırda mübarizə aparır. Bu regionda həm ABŞ, həm də Çin və Rusiyanın maraqları toqquşur. Ancaq həmin regionun aparıcı dövlətləri Qazaxıstan və Özbəkistan məhz həmin təşkilatda, Türkiyənin yanında yer almaq istəyir. Bu Rusiya üçün də çox ciddi mesajdır. Bu mənada Rusiya bu reallıqla barışmalı və bu proseslərdə fərqli ritorika ortaya qoymalıdır. Hazırda həm Ukrayna, həm də Polşa ilə sərhəddə Rusiyaya qarşı bir blok qurulur. Ona görə də qonşu ölkələrlə güc ritorikasından imtina etməlidir",  - deyə ekspert əlavə etdi. 

Ekspert  Soçi görüşündə  bir sıra razılıqların əldə olunacağı qənaətindədir.

 "Delimitasiya və demarkasiya prosesləri ilə bağlı razılıq əldə oluna bilər. Zəngəzur dəhlizinin Ermənistana düşən hissəsinin inşaası ilə bağlı işlərə start verilə bilər. Hər halda Rusiya imkan verməyəcək ki, bu proseslər məhz Avropada hansısa bir platformada müzakirə edilsin", - deyə Məmmədsoy bildirdi. 

Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol