Politoloq: “Nikol Paşinyan boş xülyalarla yaşayır”

"Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası həmişə bəyan edirdilər ki, Zəngəzur dəhlizi açılmasa da, kommunikasiyalar açılacaq. Azərbaycan və Rusiyanın məqsədi isə təkcə kommunikasiyaların deyil, həm də dəhlizin açılmasıdır”.
Bunu "Report” a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.
O qeyd edib ki, Azərbaycanla yanaşı Rusiya da dəhlizin açılmasında maraqlıdır: "Çünki bu dəhliz həm region ölkələrinə, həm də Asiyaya təsir vasitəsidir. Odur ki, Moskva dəhlizin açılması üçün İrəvana təzyiq edir. Fikrimcə, dəhliz açılacaq, ora Rusiya qoşunları nəzarət edəcək və siyasi-iqtisadi dividentlər də şimal qonşumuza qalacaq. Əlbəttə, Ermənistan dəhlizin açılmasının əleyhinədir. Elə buna görə Nikol Paşinyan üçtərəfli görüşə getmək istəmirdi. Bilirdi ki, sıxışdırılacaq. Avropada görüş məsələsi gündəmə gələndə o, ola bilsin, müəyyən mənada ümidləndi. Amma bu, boş xülyadan başqa bir şey deyil”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























