Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.
Başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində paylaşılıb.
"Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - Azərbaycanın xarici siyasət idarəsinin bağsağlığında deyilir.
Qəza cümə axşamı səhər saatlarında baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























