BMT rəsmisi Azərbaycanla Ermənistan münasibətlərindən danışdı

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.
Bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
"BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























