Jurnalistlər deputat Eldəniz Səlimovun məhkəməsinə buraxılmayıb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə ilkin baxış iclası keçirilib.
Hakim Hafiz Əliyevin sədrliyi ilə baş tutan açıq məhkəmə iclasına media nümayəndələri buraxılmayıb.
Məlumata görə, Kompleksin inzibati işlərinə həmin binada yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev rəhbərlik edir.
Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşını döyməsinə görəcinayət işi başlanılıb.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























