Ramiz Mehdiyevin məhkəmədə dindirilməsi istənilib

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bundan başqa vəkillər Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalubovun və Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmədə şahid qismində dindirilməsini xahiş edib. Vəkillər hər iki şəxslə bağlı cinayət işində epizodlar olduğunu bildirib.
Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, bu hissədə vəsətatin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovun dəvət olunması ilə bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Proses dekabrın 9-da davam etdiriləcək.
Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
O, 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























