• $
  • €
  • ₽
  • ₺
  • £

"Helikopterdə kimlərin iştirak etməsini rəhbərlik müəyyən edir" - ÜZEYİR CƏFƏROV

"Helikopterdə kimlərin iştirak etməsini rəhbərlik müəyyən edir" - ÜZEYİR CƏFƏROV
30.11.2021 17:58
Hərbi helikopterdə necə nəfərlik ekipaj olmasını Dövlət Sərhəd Xidmətinin rəhbərliyi müəyyən edir. Bunu polkovnik  Üzeyir Cəfərov bu gün Xızıda "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı hərbi helikopterin qəzaya uğramasına münasibət bildirərkən deyib.

"Dünyanın istənilən ölkəsində və ordusunda belə hadisələr olur. Bu gün baş verən hadisələrin səbəbi kimi sadəcə fərziyələr irəli sürə bilərik. Daha əvvəl o tip helikopterdə xidmət rəisi də uçub. Ötən həftələrin birində azad olunmuş zonalara jurnalistlər də həmin model helikopterlə gedib.Bir helikopterdə bu qədər ekipajın olması normaldır.Qanun sadəcə rəhbər heyyətin bir ekipajda getməsinə icazə vermir. Bu gün qəzada ölən ekipaj heyyəti ayrı-ayrı xidmətlərin komanda rəhbərləri olub və iş,təlim prosesində bu normal haldır. Hansısa irəli sürülən fikirlərə bənd olmaq olmaz.Daha dəqiq detallar ekspertiziyadan sonra açıqlanacaq. Təlim zamanı texniki nasazlıq olub və eniş zamanı belə bir hadisə yaşanıb.Bu cür helikopterlərdə təhlükəli hallar üçün də paraşütlər nəzərdə tutulmayıb. Dünyanın əksər ölkələrində bu model helikopterlərdə paraşüt olmur.Yalnız təlimdə paraşütçülərin iştirakı nəzərdə tutularsa mümkün olur. Qalan hallar üçün nəzərdə tutulmur”, - deyə polkovnik bildirib.
 
30 noyabr 2021-ci il Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 zabit həlak olub, 2 nəfər yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.


Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol