“Azərbaycan buna hazır olduğunu dəfələrlə vurğulayıb”

"30 ilə yaxındır davam edən "Dağlıq Qarabağ münaqişəsi” başa çatıb”.
Anews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.
"İşğalın izləri aradan qaldırılır və normal həyata qayıtmaq istiqamətində addımlar uğurla davam edir.
ATƏT münaqişədən sonrakı reabilitasiya sahəsində öz təcrübəsi və mövcud alətləri ilə bu prosesə töhfə verə bilər.
Münaqişənin sona çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında irəliləmək üçün unikal imkan yaradıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























