Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirildi

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Azərbaycan hərbçisi havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























