• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni generaldan müharibə ilə bağlı sənədlərin saxtalaşdırılmasına dair - Açıqlama

Erməni generaldan müharibə ilə bağlı sənədlərin saxtalaşdırılmasına dair - Açıqlama
04.12.2021 09:30
Keçmiş səhra komandiri, 1-ci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, 2-ci Qarabağ müharibəsində Xankəndində qondarma "təhlükəsizlik şurasının katibi” vəzifəsini tutan Samvel Babayan Ermənistanın keçmiş müdafiə naziri və Baş qərargah rəislərinin, o cümlədən, indiki Baş qərargah rəisinin "həbsdə otumalı olduğunu” deyir.
 
 Babayan bu haqda "Hraparak” qəzetinə danışıb.
 
O deyib ki, 44 günlük müharibə zamanı verilmiş əmrlər və digər sənədlər hazırda saxtalaşdırılır. Çünki ordunun keçmiş və indiki rəhbərləri araşdırma zamanı öz cinayətlərinin üzə çıxmasından ehtiyat edirlər.

Onun sözlərinə görə, qondarma "DQR müdafiə nazirliyinə” və Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etmiş şəxslər izləri itirmək, müharibədəki məğlubiyyətin məsuliyyətinin altından qaça bilmək üçün sənədləri saxtalaşdırıblar, saxtalaşdırmaqda davam edirlər. Bu sənədlər isə ehtiyatda olan qüvvələrdən istifadə, silahlanma, müharibənin gedişində bu və ya digər mövqelərdən geri çəkilmə, habelə 44 günlük müharibəni bir çox digər aspektləri ilə əlaqəlidir.
 
"Mən bilirəm ki, indi Baş qərargahda oturanlar müharibə dövründə verilmiş əmrləri dəyişdirirlər, yeni saxta əmrlər hazırlayır. Bunu kimin göstərişi ilə edirlər, nə vaxtsa yoxlasalar, yəqin, özləri deyəcəklər”, - Samvel Babayan belə deyib.
 
Lakin o, əmrlərin məhz Baş nazir Paşinyanın göstərişi ilə saxtalaşdırıla biləcəyinə inanmaq istəmədiyini bildirib. Samvel Babayanın fikrincə, Paşinyana bu gərək deyildi.
 
General "Samo” hesab edir ki, müharibədəki məğlubiyyətə və daha sonra müharibəyə dair sənədlərin saxtalaşdırılmasına görə keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş Baş qərargah rəisləri Movses Akopyan, Onik Qasparyan və Yuri Xaçaturov, habelə indiki Baş qərargah rəisi Artak Davtyan həbsdə oturmalıdır.
 
Ermənistan Baş Prokurorluğu isə açıqlayıb ki, Samvel Babayanın müsahibədə dedikləri araşdırılacaq.
 
Erməni mediası indiki Baş qərargah rəisi Artak Davtyanın barəsində artıq cinayət işinin qaldırıldığını yazıb. Bu cinayət işi orduya yararsız silahların alınması ilə bağlıdır və həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyan artıq həbsdədir. O da bildirilir ki, Davtyanın bu vəzifədə sayılı günləri qalıb, sadəcə olaraq Paşinyan onu əvəzləməyə etibarlı adam tapa bilmir.( virtualaz.org)
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol