• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sülhməramlıları bu əraziləri minalardan təmizləməyə başlayıb

Rusiya sülhməramlıları bu əraziləri minalardan təmizləməyə başlayıb
06.12.2021 10:59
Rusiyanın Azərbaycan ərazisində yerləşdirilən sülhməramlı hərbçiləri Ağdərədə növbəti partlayıcı obyektlərdən və minalardan təmizləmə işlərinə başlayıb, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ərazinin partlamamış hərbi sursatların, mərmilərin, güllələrin və minaların axtarışı üzrə işlər ardıcıl pıaraq davam etdirilir. 

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın Xocavənd rayonunda kənd təsərrüfatı torpaqlarının humanitar minalardan təmizlənməsi üzrə işlərə başlayıb. Bu gün 1,5 hektar ərazi təmizlənib, ümumilikdə 400 hektar ərazi planlaşdırılıb, iş zamanı 2 partlayıcı obyekt aşkar edilib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Pyotr Parşikov bildirib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis dəstələri tərəfindən 2 322,1 hektar ərazi, 683 km yol, 1 937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26 078 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşdirilib.

Rusiya, Azərbaycanın prezidenti və Ermənistanın Baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 10 noyabr 2020-ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağda bütün hərbi əməliyyatlar dayandırılıb.
 
Fehruz Rza





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol