Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.
Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4 270 ədəd "Marlboro”, "Kent”, "More” markalı siqaret qutusunun olması müəyyən edilib
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























