Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatəti rədd edilib

Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə BakıDA açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirib, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib
"Hətta müxtəlif səviyyələrdə müxtəlif qərəzli bəyanatlara nail olmuşdur. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edib. Nəticədə məhkəmə Ermənistanın vəsatətini rədd edib. Məhkəmə Azərbaycana ümumi şəkildə irqi ayrı-seçkiliyin qarşısının alınması üçün konvensiya üzrə öhdəliklərini qeyd edib. Bununla da Ermənistanın məhkəmədə almağa çalışdığı və məhz siyasi xal qazanmağa hədəfləmiş vəsatəti də uğursuzluğa uğrayıb”, - deyə o vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























