• $
  • €
  • ₽
  • ₺
  • £

XİN açıqlama yaydı

XİN açıqlama yaydı
09.05.2014 18:56
“ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası tərəfindən 8 may tarixində qəbul edilmiş qətnamə deklarativ xarakterli olduğu üçün heç bir siyasi və hüquqi qüvvəyə malik deyil”. 
ANN.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbəri Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının yerli assambleyasında erməni lobbisinin təsiri altında Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqda qətnamənin qəbulunu şərh edərkən deyib.
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi əsasında həllinə dəstək verdiyini söyləyən E. Abdullayev bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin son açıqlamalarında öz əksini tapıb: “Kaliforniya ştatının yerli assambleyasında olan erməni diaspora nümayəndələri və onların ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq belə bir ədalətsiz addım atıblar. ABŞ ictimaiyyəti nümayəndələrinin etirazları ilə qarşılaşan bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir”.
Qətnamənin Şuşanın işğalının 22-ci ildönümü günündə qəbulunu təxribat adlandıran E. Abdullayev bəyan edib ki, bununla da özünü “demokratiya carçısı” adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur: “Münaqişənin əsl mahiyyətinə göz yuman, yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi və onun əlində alət olan şəxslər münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə töhfə vermək əvəzinə, bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər”.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol