Səfir Ağcabədidə hərbi missiyasının qərargahına baş çəkib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədi rayonunda səfərdə olub.
www.anews.az
"Anews.az" xəbər verir ki, bunu diplomat tviter səhifəsində yazıb:
"Səfirliyimizin hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın, daxili məsələlər üzrə müşavir general-mayor Nuri Öztürk, hüquq müşaviri Oral Yurdakul ilə birlikdə Ağcabədiyə səfər etdik. Azərbaycanda fəaliyyət göstərən Missiya Qrup Komandanlığımızın tərkibində olan və Ağcabədidə yerləşən Missiyaya Dəstək Komandanlığını ziyarət etdik. Polkovnik Ahmet Ersendən komandanlığın fəaliyyəti ilə bağlı məlumat aldıq", - deyə səfir bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























