Makron Azərbaycan dilində paylaşım etdi - FOTOLAR

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.


www.anews.az
Fransa Prezidenti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevlə təkbətək danışıqlarından foto paylaşaraq Azərbaycan dilində bu sözləri yazıb:
"Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”.

Makron bunun ardınca görüşdən daha bir foto paylaşaraq Azərbaycan, fransız və erməni dilində "Ermənistan, Azərbaycan birlikdə!”- deyə şərh bildirib.

Fransa Prezidenti dəfələrlə erməni dilində paylaşımlar edib. O ilk dəfədir ki, Azərbaycan dilində paylaşım edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























