Qırğızıstan Prezidenti Azərbaycandakı səfirinə şiddətli töhmət verib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının İnformasiya siyasəti xidməti məlumat yayıb.
Bildirilib ki, Kayrat Osmonaliyev "Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda "Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır.
Məlumata görə, bəhs edilən müsahibədə belə bir açıqlama və çıxış olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























