• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: "Hər millət öz liderinə layiqdir!"

Zahid Oruc: "Hər millət öz liderinə layiqdir!"
24.12.2021 12:12
Milli və siyasi öndəri olan bir ölkənin hərbi lideri yalnız müstəqillikdən 30 il sonra, 8 noyabrda rəsmiləşdi.Qafqazlarda hərbi rəhbəri olmayan, zəif və gücsüz dövlət başçıları qoca Şərqin hökmdarı ola bilməyib. Bəlkə də müasir avropalılar üçün Birinci şəxsin zəifliyi sistemin və xalqın qüdrəti ilə örtülə bilər, lakin  hər zaman güclüyə ehtiram bəsləyən, üç imperiyanın qovuşduğu Azərbaycanda yalnız qüdrətli rəhbəri qəbul edən millət siyasi xəritədə qala bilir. Deməli, İlham Əliyevin gücü mlliət qüvvəsinin ayrılmaz hissəsidir.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
 
"Birinci şəxsin-İlham Əliyevin tərcümeyi halının son 27 ili millətin və dövlətin həyatına elə hopub ki, 60 yaşlı bir liderin şəxsi ömrü ilə millət tarixinin mühüm bir hissəsi vahidləşib. Azadlığımızın yaşı İlham Əliyevin təqvim ömrünün tən yarısıdır. Belədə ixtiyarımız var düşünək ki, müasir Azərbaycan dövləti həm də İlham Əliyevlə birgə 60 ildir müstəqildir! Bizə görə, sadə insanların qəlbində prezidentə bəslənən səmimi duyğular istənilən intellektual və elmi mühakimədən daha üstündür.Ona görə də bir xalq deyimini şüara çevirsək, İlham Əliyevin vəzifəsi deyil, taleyi prezidentdir!

O, təkcə torpaq savaşını və düşmənlə davanı qazanmayıb, həm də 200 ildir məğlub olan bütün liderlərin yarımçıq qalan missiyasını qələbə ilə sona çatdırıb.İndi Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər.

O, Heydər Əliyevin bioloji varisi olmaqdan çox, Azərbaycan xalqının övladıdır.”Hər millət öz liderinə layiqdir” devizi 8 noyabrdan sonra bütün dünyada yenidən öz təsdiqini tapdı. Düz 17 il Onun şəxsiyyətinə milyonların güvənci və sevgisi ilə yanaşı, şübhə və inamsızlığı təlqin edənlər hərbi meydanda düşmənlə birgə məğlub oldular. Lakin Əliyev qalib gələndə də comərdliyindən vaz keçmir.

Müstəqillik qazanandan bu yana bir xalqın düşüncəsinə hakim kəsilən "biz kiçik xalqıq, çünki "böyük Ermənistan” var” deyimi tarixi qələbədən sonra "biz böyük millətik və ermənilər zəifdir” hökmü ilə əvəzlənib. Dünyada ən azı 30 dövlətin yığılıb birgə yazdığı Qarabağ ssenarisini düz 30 ildən sonra xalqı, ordusu ilə birgə Tək dəyişdirən məhz Odur. Xalqımız təzədən SSRİ-nin dağıldığı tarixə qayıdıb layiq olduğu yeni təqvimi yaşamaq istəyir. 1918-ci ilə, yaxud 1828 və ya 1813-cü ilə qayıtmaq hissi də buradan qaynaqlanır. Azərbaycanın keçmişi və siyasi tarixi heç vaxt indiki qədər diri olmayıb.

Kommunistli, demokratlı, qərbpərəstli və şərqsevərli heç bir milli rəhbərin- Heydər və İlham Əliyevdən başqa Şuşanı ziyarət etdiyinə bir foto xalqın yaddaşında qalmayıb. Deməli, İlham Əliyevin Şuşa zirvəsinə qayıdışı tarixi qanunuyğunluq idi. Bu məntiqi davam etdirəsək, 1982-ci ildə rəhbər statusunda İrəvanı ziyarəti edən ata Əliyevin missiyası tələb edir ki, oğul Əliyev Rəvan xanın qalasına mütləq qayıdacaq. Bir milyona qədər köçkün ata və oğulların taleyi bir millətdə heç zaman bu qədər vahid olmayıb!

Qələbə Azərbaycanı öz coğrafiyasından böyük göstərir. İlham Əliyevin şəxsiyyət miqyası Azərbaycanın sərhədlərini aşır. Əgər gedib ölçsəniz, görəcəksiniz ki, nəinki region ölkələri-Türkiyədə, Rusiyada, Gürcüstanda, İranda eləcə də dünyanın digər məkanlarında İlham Əliyevi tanıyır və ona ehtiram bəsləyirlər. Bu o deməkdir ki, bir ölkənin ərazisi ona rəhbərlik edən şəxsiyyətin nüfuzu qədər böyüyür!

Zəfər Komandanı qələbələrini hər zaman miləti ilə bölməyi bacarır.Qələbənin birinci ildönümü bir Liderin xalqına və özünə etdiyi ən büyük hədiyyədir!", deyə deputat qeyd edib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol