• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Azərbaycana daha 728 nəfər gətirildi

Rusiyadan Azərbaycana daha 728 nəfər gətirildi
28.12.2021 13:10
"Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlar üçün Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 2021-ci ilin 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib”.
 
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiyanın Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.
 
Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 2021-cil ilin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya ilə Azərbaycanın "Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.
 
Ümumilikdə, 2021-ci ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol