Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqladı

"Güləşməyə böyük həvəsim var. Bütün potensialımı ortaya qoymalıyam. "Tokio-2020” Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra karyeramı davam etdirmək barədə qərar verdim".
Güləşçi bildirib ki, bütün yaxınları və dostları ona çox inanırlar:
"Oğlum güləşlə məşğul olmağımı istəyir, çünki çox güclü olduğumu deyir. Çox istərdim, beşinci Olimpiya medalımı qazanım. Hər bir Olimpiya medalının mənim həyatımda öz yeri və mənası var. Hər biri keçilən uzun yolun və əziyyətin bəhrəsidir.
İldə 4-5 turnirdə iştirak etmək mənim üçün çox rahatdır. Paris Olimpiadasına hazırlıq zamanı yeganə problemim bədənimin məşqlərə necə təsir göstərməsi ola bilər. Həmin enerjini düzgün istifadə etmək üçün mənim təcrübəm böyükdür. Ümid edirəm ki, bunun öhdəsindən gələ biləcəyəm”, - deyə M.Stadnik müsahibəsində qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























