“Azərbaycanın dünya üçün önəmi böyükdür”

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris tviter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb.
O, paylaşımında Azərbaycana səfərlərini xatırladaraq ölkəmizin bir çox mənada heyranedici olduğunu söyləyib. Qeyd edib ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür.
O deyib: "Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür. Azərbaycanın yəhudi icması üçün də önəmlidir. 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə rast gəlinməyib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























