Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi xanım Helqa Şmitlə görüşüb.
Bildirilib ki, Baş katib Helqa Şmit Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi münasibətilə təbrik edib.
O, sədrlik prioritetlərinin müfəssəl və tarazlı olduğunu qeyd edib. Hazırda ATƏT məkanında təhlükəsizlik məsələlərinin həllində TƏF-in rolunun böyük olduğunu bildirən Baş katib, Azərbaycanın cari sədrliyinin problemlərin həllinə yardımçı olacağına ümid ifadə edib. Azərbaycanın sədrlik prioritetlərinin ATƏT tərəfindən dəstəklənildiyi vurğulanıb. ATƏT Katibliyinin bu prioritetlərin icrasında Azərbaycan sədrliyi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğu ifadə edilib.
Nazir eyni zamanda, cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlı olduğumuzu ifadə edib.
Nazir, ATƏT-in Baş katibinə hazırda bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barəsində məlumat verib.
Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.
Tərəflər, Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























