Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
www.anews.az
Ukrayna Nazirlər kabinetindən əldə etdiyi məlumata görə, səfər yanvarın 30-da gözlənilir.
İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























